"“S-400” heç kim üçün təhlükə deyil" -

“Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemi heç kimə təhlükə yaratmır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Akar əlavə edib ki, Türkiyə hər hansı təhlükə yarandıqda “S-400” hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər:

“Biz Qərbə deyirik ki, S-400 heç kim üçün təhlükə deyil. Bu, təhdid elementi deyil və tətbiq edilməyəcək. Bizim bu kompleksdən istifadə edə biləcəyimiz istisnalar arasında Türkiyəyə qarşı raketdən istifadə və ya onun istiqamətində hücuma hazırlaşan təyyarənin göndərilməsi var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR