Tanınmış futbolçuya qarşı şok ittiham -

İtaliyada çirkli pulların yuyulmasına qarşı mübarizə orqanları "Roma" klubunun sabiq kapitanı Françesko Totti ilə bağlı araşdırmalara başlayıb.

Metbuat.az "La Verita" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu şübhəli bank əməliyyatları etməkdə günahlandırılır.

Onun kazino və bukmeyker kontorlarının sahiblərinin xeyrinə qanunsuz olaraq külli miqdarda pul köçürmələrində iştirak etdiyi iddia olunur. Tanınmış futbolçunun nümayəndələri ittihamı rədd ediblər.

Qeyd edək ki, Françesko Totti peşəkar karyerasını 2017-ci ildə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR