Rusiya Prezidenti Vladimir Putin nazirlərin və digər qurumların rəhbərləri ilə görüş zamanı ölkənin Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovu kəskin tənqid edib.
Metbuat.az xəbər verir ki, onlayn keçirilən iclas zamanı Putin Manturovu aviasənayedə bir çox müəssisədə yeni təyyarələrlə bağlı sifarişlərin olmamasına görə danlayıb.
Onun sözlərinə görə, zavodlarda hələ də sifarişlər yoxdur: “Direktorlar mənə dedi ki, müəssisələrdə hələ də müqavilələr yoxdur. Niyə boş-boş oturursunuz? Müqavilələr nə vaxt hazır olacaq?”