Uşaq evində böyüyən Vətən Müharibəsi şəhidi Rajapov Əmrahın anası tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu feysbuk hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, şəhidin anası Gövhərcan Rajapova onunla əlaqə saxlayıb:

"Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib. O vaxtı Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılıblar. Gövhərcan isə Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edib və Türkiyəyə işləməyə gedib. İşləyib pul göndərib. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib. Orada böyüyüb. Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilib".

Şəhidin anası qeyd edib ki, Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Əmrahın şəhid olmasını isə 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı "Tiktok"dan öyrənib.

Türkiyədən çıxış qadağası-"məhkəmə yasağı" olduğuna görə o zamandan indiyədək Azərbaycana gələ bilmədiyini dedi.

Qeyd edək ki, Rajapov Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. O, 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatında yaralanmış əsgər yoldaşını döyüş mövqeyindən çıxarmağa çalışarkən, yaxınlığına mərmi düşməsi nəticəsində həlak olub. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılıb və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. O, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bir 1 kişi, ayakta, askeri üniforma ve açık hava görseli olabilir