Yaponiya və Hindistanın hava qüvvələri tarixdə ilk dəfə birgə təlimlər keçirir

Yaponiya və Hindistanın hava qüvvələri “Veer Guardian-23” adlı birgə hava təliminə başlayıb.

Metbuat.az xəbər verir ki, təlimlər Tokionun şimal-şərqindəki Hyakuri hərbi bazasında təşkil edilib. Yaponiyanın Müdafiə Nazirliyinin bəyanatına görə, bu, iki ölkənin hava qüvvələrinin tarixdə ilk birgə təlimidir. Təlimlərə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə aid 4 F-2 və 4 F-15 reaktiv təyyarəsi qatılıb. Hindistan tərəfi isə təlimlərdə 4 Su-30MKI, 2 C-17 nəqliyyat və İL-78 yanacaqdoldurma təyyarəsi iştirak edir.

Təlimlərin məqsədi iki ölkənin hava qüvvələri arasında qarşılıqlı anlaşmanı artırmaq və müdafiə sahəsində əməkdaşlığı gücləndirməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR