Məşhur italiyalı aktrisa vəfat edib

Məşhur italiyalı aktrisa Cina Lollobricida vəfat edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa 95 yaşında vəfat edib.

Luicinaya dünya şöhrətini gətirən film isə fransız kinorejissoru Kristian-Jakın “Fanfan Lalə” filmindəki gözəl Adeline obrazı olub.

Həmin filmdəki ortağı Jerar Filip ilə 1952-ci ildə yenidən çəkiliş meydançasında – “Gecə gözəlləri” filmində görüşüblər.

Cina Lollobricidanın kino karyerası 1973-cü ildə yekunlaşsa da, 1997-ci ilə qədər filmlərdə rol alıb. 50 il ərzində o, Avropa və ABŞ-da 60-dan çox filmdə çəkilib, onların yarıdan çoxu 1950-ci illərdə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu “Notr-Dam Katedralı”nda (1956) Esmeralda obrazı olub.

70-ci illərdə çəkiliş meydançasından ayrıldıqdan sonra Lollobricida peşəkar fotoqraf olub, “Mənim İtaliyam” və “Uşaqlar və Heyvanlar” mövzusunda bir neçə albom buraxıb. Paul Nyuman, Salvador Dali və Fidel Kastro onun üçün poz veriblər və sonralar Cina onlar haqqında film çəkib. Cina heykəltəraşlıqla da məşğul olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR