Naxçıvanın yeni naziri kimdir? -

Xəbər verdiyimiz kimi, polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. O, bu postda Şamı Abdullayevi əvəz edib.

Metbuat.az xəbər verir ki, yeni nazir bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub.

Mirzəyev Şahin Əyyub oğlu 1968-ci ilin aprel ayının 16-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Azərbaycan Texniki Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR