Ukraynada nazirin həlak olduğu qəzada ölənlərin sayı

Ukraynada helikopter qəzasında həlak olanların sayı 18-ə çatıb.

Metbuat.az RBK Ukraina -ya istinadən xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.

O bildirib ki, ölənlərdən 3-ü uşaqdır. Yaralıların sayı isə 26-ya çatıb.


12:27

Ukraynada helikopter qəzası baş verib. Daxili işlər naziri və onun müavini helikopter qəzasında həlak olub.

Metbuat.az RBK Ukraina-ya istinadən xəbər verir ki, Brovarıda helikopter qəzaya uğrayan zaman göyərtədə daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi olub.

Nəşrin məlumatına görə, indiyədək 2-si uşaq olmaqla ümumilikdə 16 ölü məlumdur. Onlardan 9-u helikopterin göyərtəsində olub. 22 nəfər isə hazırda xəstəxanada müalicə alır.

Araşdırma aparılır.


12:21

Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, helikopterdə 16 ölü məlumdur, onlardan 2-si uşaqdır.

Sosial mediada yayılan görüntülərin qəzaya aid olduğu irəli sürülür.


Денис Монастырский: фото, биография, досье

Denis Monastırski - nazir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR