"Ukraynalı nazirin helikopteri buna görə vurulub" - ŞOK İDDİA /

Kiyevdə rəsmilərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı bəzi iddialar ortaya atılıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq bəzi ekspertlər helikopterin Rusiyanın təxribatı nəticəsində düşdüyünü irəli sürür. Türkiyəli ekspert Abdullah Ağar isə bildirib ki, bu hadisənin arxasında Rusiyanın olması ehtimalı var. Digər ehtimala görə isə helikopter qəzası Ukrayna hakimiyyətindəki parçalanmadan irəli gələ bilir. Ağar qeyd edib ki, Ukrayna hakimiyyətində bəzi fikir ayrılıqları var. Onun sözlərinə görə, ola bilər ki, daxili işlər nazirinə bu fikir ayrılıqları səbəbilə sui-qəsd edilib.

Abdullah Ağar hadisənin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsindən sonra baş verməsinə də diqqət çəkib.

Qeyd edək ki, Kiyevdə baş verən helikopter qəzası zamanı aralarında daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibinin də olduğu 18 nəfər ölüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR