Ukraynadan helikopter qəzası barədə açıqlama

Ukrayna Kiyevdə baş verən helikopter qəzasının səbəblərini araşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmisi Anton Geraşenko açıqlama verib. O bildirib ki, hazırda helikopter qəzasının səbəbləri barədə hansısa dəqiq fikir söyləmək doğru olmaz. Araşdırmalardan sonra məsələnin səbəbləri barədə açıqlama veriləcək.

Qeyd edək ki, Kiyevdə baş verən helikopter qəzası zamanı aralarında daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibinin də olduğu 18 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR