"Neymar bizə keçməyə daha yaxındır, nəinki ..." -

"Sabah" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sonuncu oyununda Serbiya "Voyvodina"sı ilə qarşılaşıb və 4-2-hesablı qələbə qazanıb.

Metbuat.az "CBC Sport"a istinadən xəbər verir ki, matçdan sonra “Sabah”ın baş məşqçisi Murad Musayev adı paytaxt təmsilçisi ilə hallanan Xese Rodriqes və Ayaz Quliyevin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb:

"Reallıq odur ki, Neymar bizə keçməyə daha yaxındır, nəinki Xese. Ayazla danışıqlarımız olmayıb. Mətbuatda yayılan xəbərlərdən bilirəm ki, onun klubla problemləri olub. Lakin biz danışmamışıq. Transferlərin olmaması məni ciddi narahat etmir, transfer pəncərəsi açıqdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR