Makrona böyük ŞOK: Fransa qarışdı /

Fransanın müxtəlif şəhərlərində pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarına 1 milyondan çox insan qatılıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, Fransa hökumətinin pensiya yaşının 64-ə qaldırılması barədə qanununa qarşı bir sıra peşə sahibləri tətil elan edib. 200-dən çox məntəqədə, həmçinin Paris, Marsel,Tuluza, Nitsa və digər şəhərlərdə nümayişlər keçirilib. Paytaxt Parisdə Respublika meydanından başlayan nümayiş Millət Meydanında başa çatıb. Aksiya zamanı polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Nümayişçilər Prezident Emmanuel Makronun istefası tələbi ilə antifaşist şüarlar səsləndiriblər. Təşkilatçıların bildirdiyinə görə, ölkə üzrə 2 milyondan çox insan hökumətin pensiya islahatına qarşı yürüş keçirib. Təkcə Parisdəki aksiyaya 400 min nəfər qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR