Qurban Qurbanov bu reytinqdə irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin 2023-cü il üçün ilk reytinqi açıqlanıb.

Metbuat.az xəbər verir ki,siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub. Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə bir pillə irəliləyib.

“Neftçi”nin rumıniyalı çalışdırıcısı 1627 xalla 175-ci yerdədir. Rumıniyalı mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR