Azərbaycanlı referi Milan "İnter"inin oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Metbuat.az xəbər verir ki, ədalət təmsilçisi Polşada Ukraynanın "Rux" (Lvov) və İtaliyanın "İnter" komandası arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 8-də oynanılacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR