Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ölkə bu il Rusiya ilə müharibədə qalib gələ bilər.
Metbuat.az xəbər verir ki, Zelenski vurğulayıb ki, ukraynalılar birləşsələr, belə bir ssenari mümkündür.
“Hadisələrin sürəti bir neçə şeydən asılıdır: Ukrayna daxilində güc və xaricdən gələn güc yəni tərəfdaşların köməyi. Biz proseslərin həm xaricdə, həm də daxildə səngiməsinə imkan verməməliyik, çünki bu, müharibəni uzadacaq”, - deyə Zelenski bu fikirləri Kiyev Şevçenko Dövlət Universitetinin tələbələri ilə görüşündə deyib.