Toivo Klaar Paşinyanla nə danışıb?

Xəbər verdiyimiz kimi, dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfər edib.

Metbuat.az xəbər verir ki, Klaar baş nazir Nikol Paşinyanla görüşüb. Görüşdə tərəflər regiondakı vəziyyəti, eləcə də Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.

Bundan başqa, Azərbaycanlı ekofəalların Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı 44 gündür davam edən askiyasından danışılıb.

Avropa İttifaqının nümayəndəsi yeni mülki missiyasının Azərbaycan- Ermənistan sərhədində yerləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarın regionda sabitlik və təhlükəsizliyə töhfə verəcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR