Ruben Vardanyana “Hard Talk” zərbəsi:

Ötən gün özünü qondarma rejimin dövlət naziri kimi qələmə verən Ruben Vardanyan BBC nin efirində yayımlanan “Hard Talk” proqramının qonağı olub. Vardanyan beynəlxalq ictimaiyyətin gözü qarşısında əzilən, aciz, acınacaqlı erməni xalqı obrazı yaratmağa çalışsa da, müsahibənin davamında verilişin aparıcısı Stiven Sakurun açıqlaması qarşısında biabırçı vəziyyətə düşüb.

Vəziyyəti şərh edən politoloq Yeganə Hacıyeva deyir ki, S.Sakur Vardanyana Qarabağda yaşayan ermənilərdən sitatlar gətirərək ona Qarabağda legitim olmadığını bildirdi.


“Ümumiyyətlə, onun oğlunun hərbi xidmətdə olması Qarabağda onu ifşa edən fakt idi. Həm Rusiya həm də Ermənistan vətəndaşı olan bir adamın Qarabağda əsgərlik çəkməsi, birmənalı olaraq Qarabağdakı siyasi hakimiyyətin məhz Rusiya və Ermənistandan kurasiya olunmasını elan etdi. Vardanyan iki il öncə Paşınyanın biabır olduğu BBC-nin "Hard Talk" verilişində Stephen Sakura müsahibə verməkdə məqsədi təkcə yalanlarını paylaşmaq deyil, həm də özünü Nikoldan daha hazırlıqlı, daha profesional olmasını göstərmək istəyirdi. Amma onun gözlədiyi kimi olmadı. Sakur onu mətbəx böcəyi kimi əzdi”.

Ruben Vardanyanla bağlı rəsmi Bakı tələblərini separatçılara çatdırdığını xatırladan politoloq Elxan Şahinoğlu Metbuat.az-a açıqlamasında bildirdi ki, həmin tələblərdən biri də onun bölgəni tərk etməsidir.

5 prinsip, Rusiyaya verilen mesaj ve Brusselin musbet vasiteciliyi…-  Politoloq Elxan Şahinoğludan ŞƏRH

“Ruben Vardanyan gələnə kimi bölgədə olan ermənilərlər müəyyən təmaslar var idi. Amma o maneələr yaradaraq bu əlaqələrin üzərindən xətt çəkdi. Azərbaycanı düşmən adlandıran bu adam bölgəni tərk etməlidir. Vardanyan danışıqlar aparılmasına razı olduğunu bildirsə də dayanmadan dırnaqarası dövlətdən danışır ki, bu da qəbuledilməzdir. Rəsmi Bakı ona qarşı təzyiqləri davam etdirib, lazım gələrsə anti-terror əməliyyatları da apara bilər”.

"Hard Talk" verilişinin aparıcısının Qarabağda yaşayan ermənilərin uzunmüddətli perspektivdə Azərbaycan hakimiyyətini qəbul etməli, ya da oranı tərk etməli olduqlarını deməsindən sonra isə Vardanyan çətin vəziyyətə düşdü. Ümumiyyətlə bütün veriliş ərzində Qarabağla heç bir halda əlaqəsi olmayan Vardanyanın dəfələrlə çətin vəziyyətə düşməsi də onu göstərdi ki, o yalnız Rusiyanın maraqlarına xidmət edir.

Politoloq Zaur Məmmədov deyir ki, müsahibəsi zamanı Vardanyan separatçıları biabır etmiş oldu və bütün dünya onun hansı qüvvələr tərəfindən göndərildiyinə şahidlik etdi.

"Paşinyan Soçiyə 15 təkliflə getmişdi" -

“Vardanyan bir ifadə ilə belə BBC "Hard Talk" verilişinin aparıcısının israrlı suallarına cavab vermədi. Eyni zamanda, Vardanyanla Paşinyan arasında Qarabağ məsələsində ciddi uçurumun olduğu da sübut olundu.Proqramda ifşa olunduğunu görən Vardanyan aparıcını manipulyasiya etsə də, onun əsası olmayan faktlarla danışması gülünc vəziyyət yaradıb”.

Vardanyanın ətrafında obyektiv bir istintaq qrupu formalaşdırılarsa Rusiya dövlətində nə qədər vergidən yayındığı, eyni zamanda Rusiya dövlətinin qanunları ilə qadağan olunmuş bir sıra qara biznes növləri ilə məşğul olduğu ortaya çıxacağını bildirən STM-in sektor müdiri, politoloq Tural İsmayılov qeyd etdi ki, Ruben Vardanyan məhz bu cinayət təqibindən yayınmaq üçün Rusiya dövləti qarşısında müəyyən öhdəliklər götürübdür.

“Rusiya iqtidarı ilə Vardanyan və onun ətrafındakı terrorçular arasında uçurumlar getdikcə dərinləşir. Eyni zamanda Azərbaycan dəfələrlə Vardanyanla bağlı beynəlxalq aləmə, öz çağırışlarını edibdir. Hər bir dövlətin öz ərazisində istənilən separatçılıq ünsürlərinə və onların dırnaqarası rəhbərlərinə qarşı antiterror əməliyyatı keçirmək hüququ var və mən hesab edirəm ki, əgər 2023-cü il ərzində vardanyanı ordan çıxıb getməsə, Azərbaycanın antiterror əməliyyatları apara bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR