Kevin Makkartinin Tayvana səfər edəcəyi irəli sürülüdü

AB-ın Nümayəndələr Palatasının yeni seçilmiş sədri Kevin Makkartinin Tayvana səfər edəcəyi irəli sürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Konqresindəki hadisələrlə bağlı xəbərləri ilə tanınan Vaşinqtondakı "Punchbowl News" telekanalı məlumat yayıb. İddialara görə, Müdafiə Nazirliyi Makkartinin mümkün səfərinə hazırlıq işləri aparır. Telekanal məlumatı hazırlıq işlərində iştirak edən rəsmiyə istinad etdiyini yazıb.

Qeyd edək ki, respublikaçı Kevin Makkarti parlament sədrliyini Nensi Pelosidən təhvil alıb. Nensi Pelosinin ötən il Tayvana səfəri ABŞ və Çin arasında gərginliyə səbəb olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR