Səfirliyə edilən hücumun arxasında kim ola bilər? -

"İranda səfirliyimizə silahlı basqının edilməsi sıradan bir hadisə olmadığını hesab edirəm. Çünki İranın xüsusi xidmət orqanları dünyada baş verən prosesləri izləmək iqtirında olduğu halda öz ölkəsində baş verən bu hadisə haqqında xəbərinin qabaqacadan bilməməsi heç də məntiqli görünmür".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Azər Badamov deyib. Deputat səfirliyə edilən hücumun beynəlxalq konvensiyaları saymamaq olduğunu bildirib.

"Ermənistan belə hücumları digər ölkələrimizdəki səfirliklərimizə qarşı da törətmişdi. Düşünürəm ki, bu hücumun arxasında yenə ermənilər dayanır. Ermənilər yerli orqanların dəstəyi olmadan nə isə bir şey edə biləcəyini düşünmürəm. Səfirliklərə hücumlar düşmənlərimizin acizliyin göstəricisi hesab edirəm. Əgər sizin o qədər cəsarətiniz çatırsa bir neçə əməkdaşımızın yerləşdiyi səfirliklərimizə hücumun əvəzinə döyüş meydanında əsgərimizlə üz-üzə gəlin".

Azər Badamov xüsusilə qeyd edib ki, törədilən hər bir cinayətin cavabı olacaqdır.

"İranda bu hadisənin silahlı şəkildə baş verməsi çoxlu suallar yaradır. Hesab edirəm ki, İranın rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycana hesabat verməlidir. Səfirliklər yerləşdiyi ölkənin dövlət orqanları tərəfindən qorunmalıdır. Ona görə də silahlı basqınla bağlı rəsmi Tehranın açıqlamasını gözləməliyik və ondan sonra nə etməli olduğumuzu düşünməliyik. Allah qəhrəmancasına həlak olmuş əməkdaşımıza rəhmət eləsin, xəsarət alanlara da tezliklə sağalmaqlarını diləyirəm".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR