"Hücum İranın terror dövləti olduğunu sübut etdi" -

"İranda səfirliyimizə hücumun arxasında İran dövləti - SEPAH durub. Bu, Azərbaycana qarşı düşmən siyasətin bariz nümunəsidir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə edib. Onun fikirlərinə görə, son günlər İran XİN rəhbəri və diplomatları guya Azərbaycanla əlaqələri normallaşdırmağa çalışsalar da, bu addımları səmimi hesab etmir.

"İran dövləti səfirliyimizə hücum etməklə ölkəmizə mesaj verir. Yəni, Azərbaycana qarşı hərbi təhdidlər edə bilərik. Bu hücumlar Böyük Britaniya, Fransa və ardınca İranda baş verməsi təbii ki, erməni-fars birliyinin bariz nümunəsidir. İran Azərbaycan əlaqələrinin normallaşması mümkün deyil. Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar Tehran rejimi tərəfindən qəbul edilmir. Bu silahlı hücum İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir".

M.Əsədullazadə qeyd etdi ki, Tehran Bakıda edə bilmədiyini Tehranda etdi.

"Bu, İranın terror dövləti olduğunun göstəricisidir. Heç bir üçüncü qüvvə burada rolu yoxdur. Hücum birbaşa Tehran rejimi tərəfindən planlaşdırılıb".

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR