"Təbrizdəki Baş konsulluğumuz fəaliyyətini davam etdirəcək" -

Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş konsulluğumuzun fəaliyyətinə şamil olunmur.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Nəzərə alaq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”, - deyə X.Xələfov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR