"Türkiyənin bu ərazilərini Ermənistana vermək istəyirlər" -

Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin rəhbəri Cihat Yaycı Türkiyə NATO münasibətləri barədə diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Qərbin məqsədi Türkiyəni parçalayaraq sərhədlərini dəyişdirməkdir. Türkiyə mətbuatının məlumatına görə, Cihat Yaycı deyib:

“Türkiyənin PKK/YPG-yə qarşı əməliyyatları NATO-nun müttəfiqlərinə qarşı əməliyyat kimi qiymətləndirilir. Əfqanıstanda, Serbiyada nə ediblərsə, yenə onu etmək istəyirlər. Burada məqsəd Türkiyə istədikləri nizama salınana qədər onu NATO-dan uzaqlaşdırmaqdır. Türkiyə istədikləri nizama düşəndən sonra onu yenidən NATO-ya almaq istəyirlər. Başqa sözlə, cənub-şərqdəKürdüstan qurmaq, şərqdə Ermənistana bir parça torpaq vermək, şimalında Pontus, İstanbulda muxtar ekumenik patriarxal dövlət kimi şeylər qurmaqdır. Ardınca Türkiyəni təkrar kiçildilmiş şəkildə yenidən NATO-ya qəbul etməkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR