Paşinyan Qazaxıstana gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana gedəcək.

Metbuat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Qeyd edilib ki, baş nazir Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-də Almatıya yola düşəcək.

Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 2023-cü il fevralın 2-3-də Almatıda keçiriləcək. Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ-yə inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR