PSJ təklif, “Mançester Siti” nümayəndə göndərdi -

“Mançester siti” “Fənərbaxça”nın istedadlı futbolçusu Arda Güləri izləmək üçün nümayəndə göndərib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ardanın oyunu barədə hesabat hazırlayan nümayəndə, futbolçunu tərifləyib. O qeyd edib ki, Ardanın böyük istedadı var və gələcəyin super ulduzu olmağa namizəddir. Bildirilib ki, Arda 17 yaşı olmasına baxmayaraq oyun zamanı məsuliyyəti üzərinə götürüb sürətli qərarlar verə bilir. Hesabatda deyilir ki, Ardanın fiziki tərəfinin artmasına ehtiyac var. “Fanatik” qəzetinin məlumatına görə, bu hesabatdan sonra “Mançester Siti”nin “Fənərbaxça”ya rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Arda üçün PSJ-nin də təklif hazırladığı bildirilir. Məlumata görə, “Napoli” “Milan”, “Dortmund” “Mançester Yunayted” kimi nəhəng klublar da Ardanı transfer etməyə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR