Yaxın Şərq müharibəyə cəlb edilir:

"28 Yanvar 2023-cü ildə İranın yeddi şəhərində yerləşən strateji məntəqələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərbələr endirilib. Tehran rejmi isə bugünə qədər susqunluq göstərib yalnızca hadisələrə seyirci qala bildi".

Metbuat.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib. Analitik hesab edir ki, İran indidə də Kürdistanı hədəf göstərir.

Samir Hümbətov

"İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin nəzrətində olan "Nournews" saytı maraqlı bir açıqlama yayıb. Orada qeyd edilir ki, İrana edilən hava hücunları zamanı istifadə edilən dronların gəldiyi mənbə məhz İraqın Kürdistan Muxtar Vilayətidir. Yəni açıq şəkildə İran dövləti Kürdistanı hədəf göstərmiş oldu. Nəzərə alsaq ki, Tehran rejmi haradan təhlükə olacaqsa, oranı vuracağıq prinsipi ilə hərəkət etmək niyyətindədir, o zaman növbəti hədəfin hara olacağı məlum olur. Yəni, İraqın Kürdistan Muxtar Vilayəti".

Samir Hümbətov qeyd etdi ki, hazırda ABŞ-yə məxsus hərbi bazar İraqın Kürdistan Muxtar Vilayətində var, o zaman həmin bölgədə İran və İranın açıq qarşıdurmaya getməsi ehtimalları artmaqdadır.

"Təbii ki, İran regionu əldən vermək niyyətində olmadığı kimi, qərb də regionda mühkəmlənməyi qarşısına əsas hədəf kimi qoyub. Beləliklə də aydın olur ki, Yaxın Şərq bir vasitə ilə müharibəyə cəlb edilir",- deyə S.Hümbətov bildirib.

Məlumat üçün bildirək ki, İsrailin İrana zərbələri MOSSAD tərəfindən həyata keçirilib. Bu barədə “New York Times” nəşri ABŞ kəşfiyyatının yüksək səviyyəli rəsmilərinə istinadən məlumat yayıb.

“İsrailin hücumu İranın Rusiyaya silah ixracının qarşısını almaq yox, öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Hücumun arxasında Vaşinqton dayanmır”, - Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəsmiləri bildirib.

İsrailin keçmiş baş naziri Naftali Bennet nəşrə açıqlamasında bildirib ki, Tehran rejiminin 2022-ci ildə Kiprdə və Türkiyədə israilliləri öldürmək istəməsindən sonra MOSSAD cavab vermək və İran daxilində fəaliyyətini artırmaq qərarına gəlib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR