İrəvanla Tehran oyun oynayır:

“Ermənistanın sentyabr döyüşlərində İranın dəstəyini gündəmə gətirməsi Bakı-Tehran xəttində gərginliyindən istifadə etmək kimi görünür: İranın ermənilərə hərtərəfli dəstəyi sirr deyil, o da məlumdur ki, Bakı-Tehran qarşıdurması İranın dəstəyinin güclənməsində İrəvana yeni imkanlar yaradır və xüsusilə Moskva qarşısında “mərkəzdənqaçma siyasəti” fonunda regionda təklənməmək baxımından əhəmiyyətlidir”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı edib. Analitik deyir ki, istisna deyil ki, İrəvanın bu “etirafı” Tehrana daha çox lazımdır.

Bəs Azərbaycan ictimai rəyində anti-İran mövqeyini daha da gücləndirmək naminə olsa belə, Tehran nəyə nail olmaq istəyir?

“Burada üç əsas məqama diqqət etmək olar: Birincisi, müsahibə hansı media orqanında yayımlanıb?, ikincisi Ermənistan kimə, hansı mesajı verir? və nəhayət nə üçün indi belə açıqlamalar tirajlanır?. Kostanyanın müsahibə verdiyi “Al-Monitor” nəşri Vaşinqtonda fəaliyyət göstərir və Yaxın Şərqlə bağlı əsas platformalardandır. Bu müsahibənin İrəvanın təşəbbüsü ilə yayımlandığı ehtimalı böyükdür və müsahibənin əsas məğzi Vahanın dediyi “İran bu gün regionda Ermənistanın mühüm tərəfdaşıdır” fikridir”.

Asif Nərimanlı hesab edir ki, Ermənistanın Bakı-Tehran xəttindəki qırılmanı dərinləşdirməkdən daha çox, ABŞ-a verdiyi mesaj, həm də Tehranın İrəvan üzərindən Vaşinqtona “əhəmiyyətini” nümayiş etdirməsidir: “İranda ümid edirlər ki, Ermənistana dəstəklə Vaşinqtonun regional siyasətinə töhfə verə və hərbi müdaxilə planını arxa plana keçirə bilərlər. Bunun indi - İsrailin İrana zərbələr endirməsindən dərhal sonra gündəmə gətirilməsi də ABŞ-ın hərbi müdaxilə qərarına təsir etməyə hesablanıb. Tehran bu ssenarinin qarşısını almaq üçün Bakıya hücumunu etiraf edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR