Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli vəfat edib.

Metbuat.az-ın məlumatına görə, iki gün əvvəl özəl klinikaların birində əməliyyat edilən 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu daha sonra evə buraxılıb. Əməliyyatdan 1 həftə sonra qəflətən başlanan öskürək qanaxma ilə davam edib. Təcili Tibbi Yardım çağırılsa da uşaq evində dünyasını dəyişib.

Ağasəlim İ.Məmmədov adına 261 nömrəli məktəb-lisey 3b sinif şagirdi olub.

Qeyd edək ki, Ağasəlimin 8 yaşlı bacısı da onunla eyni gündə burun-boğaz əməliyyatı olunub. Onun vəziyyəti normaldır.

Afət Əlipaşayeva

Bir 1 nəfər, uşaq və ayaqda şəkili ola bilər

Azərbaycanda məktəbli əməliyyatdan sonra vəfat etdi-