Naxçıvanda deputat direktor təyin edildi, qalmaqal yaşandı -

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimləri etiraz edir.

Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarından da müəllimlər məktəbin qarşısına toplaşıblar.

Müəllimlər yeni təyin olunan direktor, eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatı olan Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini bildiriblər. Məlumata görə, yeni direktor təyin olunan Turan Məmmədli orada çalışan müəllimlərin dərs yükünü azaldıb. Bununla yanaşı, onun müəllimlərlə davranış tərzinin də etiraza səbəb olduğu bildirilir.

Qeyd edək ki, dünən məktəbdə qeydə alınan bu görüntülərdə etiraz zamanı halı pisləşən müəllimlər də olub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR