Bu ilin yanvar ayında 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Metbuat.az xəbər verir ki,Prezident yanında Ali Attestasiya Komissiyasından bu haqda bildirilib.

Həmin müddətində 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.