Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, təltif edilənlər arasında Vasif Tağıyev də var. O, 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
V.Tağıyev səfirliyə hücum edən terrorçunu zərərsizləşdirən şəxs idi.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb.