Bakıdan İstanbula uçan təyyarə Ankarada məcburi eniş etdi

"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

Metbuat.az xəbər verir ki, bu barədə "Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.

Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR