Çinli smartfon istehsalçıları “iPhone 18 Pro” seriyasında gözlənilən bəzi texnoloji yenilikləri android modellərinə gətirməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, xüsusilə dəyişən diafraqmalı kamera sistemi və dörd tərəfi əyri, çərçivəsiz ekran dizaynı yeni nəsil flaqman telefonlarda tətbiq oluna bilər. Çin markaları mobil fotoqrafiya və ekran texnologiyaları sahəsində rəqabəti gücləndirməyi hədəfləyir. “Digital Chat Station”un paylaşdığı məlumata görə, istehsalçılar mexaniki pərdələr vasitəsilə işıq və sahə dərinliyini tənzimləyən dəyişən diafraqmalı linzaları 200 meqapiksellik sensorlarla birləşdirmək üzərində işləyirlər. Bu texnologiyanın fotoşəkillərdə daha yüksək detal və çəkiliş zamanı daha geniş imkanlar təmin edəcəyi gözlənilir.
Qeyd edək ki, dəyişən diafraqma texnologiyasından əvvəllər “Samsung Galaxy S9” və “S10” seriyalarında, eləcə də “Xiaomi”, “Huawei” və “Sony” modellərində istifadə olunub.