Şeydayev “Qarabağ”ın təklifinə “hə” demir?

“Qarabağ”ın hücumçusu Ramil Şeydayev karyerasını harada davam etdirəcəyi ilə bağlı qərar verməyə tələsmir.

Metbuat.az Fanat.az-a istinadən xəbər verir ki, klubu ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Şeydayev “köhlən atlar”dan yeni sözləşmə təklifi alsa da, qarşı tərəfə şifahi razılıq belə verməyib.

Hazırda Rusiyanın iki elit klubundan real çağırışlar alan Ramili Türkiyə Super Liqasından da istəyən var. Bu üzdən Ağdam klubunun idarəçilərini intizarda qoyan Azərbaycan millisinin üzvü özü üçün ən sərfəli və perspektivli variantı seçməyə çalışacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR