Fransa nəşrindan Türkiyədəki zəlzələ ilə bağlı biabırçı paylaşım -

Fransız karikatura jurnalı “Charlie Hebdo” Türkiyədəki zəlzələ ilə bağlı biabırçı paylaşım edib.

Metbuat.az xəbər verir ki, jurnalın yayımladığı karikaturada dağılmış binalar əks olunub. Paylaşımda “Türkiyədə zəlzələ. Tank göndərməyə belə ehtiyac yoxdur” yazılıb. Paylaşım etirazla qarşılanıb.

Qeyd edək ki, “Charlie Hebdo” bundan əvvəl Türkiyə və İslam dininə qarşı karikaturalar paylaşmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR