Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.
Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlinə səfəri çərçivəsində Almaniya XİN başçısı Annalena Berbokla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
"Bu günlərdə Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər alıb. İrəvan onları nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir", - deyə XİN rəhbəri bildiri.