Ukrayna prezidenti Vladimir Zelenski Britaniyanın Stansted hava limanına enib. O Londona Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlib.
Metbuat.az xəbər verir ki, Zelenskini Böyük Britaniyanın baş naziri Rişi Sunak qarşılayıb. "Sky News"un məlumatına görə, Zelenski Sunakla danışıqlar aparacaq. Ukrayna lideri Kiyev vaxtı ilə saat 15:00-da parlamentdə çıxış edəcək.
Zelenski artıq Londona səfərini şərh edərək, Britaniyaya müharibədəki dəstəyə görə təşəkkür edib.
"Böyük Britaniya Ukraynaya yardıma ilk dövlətlərdəndir. Mən Britaniya xalqına dəstəyə görə şəxsən təşəkkür edirəm. Xüsusən də baş nazir Rişi Sunaka", - deyə o Tvitter hesabında yazıb .