“Qarabağı öyrənək” intellektual yarışına start verilir

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Qarabağı öyrənək” intellektual yarışına start verilir.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, layihənin əsas məqsədi gənclər arasında intellektual oyunları təbliğ etmək, onların Qarabağın tarix və mədəniyyəti haqqında məlumatlılıq səviyyəsini artırmaq, habelə tarixini yüksək səviyyədə bilən gənclərin intellektual potensialının yüksəldilməsinə dəstək verməkdir.

“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək yarışda gənclər 6 nəfərlik komandalar halında yarışacaqlar. Turnirdə ümumi xal hesabında qalib gəlmiş ilk 3 komanda kubok, medal və sertifikatlarla təltif ediləcək. Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.

Yarış iştirak etmək istəyən gənclər 10 fevral 2023-cü il, saat 20:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3JO65Nr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR