Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.

Metbuat.az Unian-a istinadən xəbər verir ki, fevralın 10- da səhər saatlarında Kiyev üzərində 10 raket vurulub. Hücum nəticəsində elektrik şəbəkələrinə ciddi ziyan dəyib.

"Hazırda insan tələfatı faktı qeydə alınmayıb. Energetiklər şəbəkələrin bərpası üzərində işləyirlər", - paytaxt meri Vitali Kliçko bildirib.

Digər məlumatlara görə Xarkovda hücum nəticəsində şəhərin 150 minə yaxın abonenti işıqsız qalıb.

Bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

"Hazırda Xarkov şəhərində 150 minə yaxın abonentimiz işıqsız qalıb. Biz artıq su və istilik təchizatını qismən bərpa etməyə çalışırıq. Elektrik təchizatının bərpası üzərində də işlər davam edir", - deyə o qeyd edib.