Türkiyənin Adıyaman vilayətində 4 yaşlı qız 8 gün sonra dağıntılar altından sağ çıxarılıb.
Metbuat.az xəbər verir ki, dağıntılar altından 178 saat sonra xilas edilən Miray adlı qızın səhhəti normaldır. Məlumata görə, Mirayın bacısı da dağıntılar altındadır və o sağdır. Xilasedicilər onu xilas etmək üçün axtarışları davam etdirir.