Bu gün Rumıniyada 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri Drobeta-Turnu-Severin şəhərindən 56 km şimal-şərqdə, 102 min nəfərin məskunlaşdığı ərazidə yerləşir. Zəlzələ ocağının 40 km dərinlikdə olduğu qeyd edilir.

Xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb.