Avropada həyəcan: Naməlum uçan obyekt göründü -

Rumıniyada “həyəcan vəziyyəti” elan edilib.

Metbuat.az xəbər verir ki, buna səbəb Rumıniyanın hava məkanında naməlum uçan obyektin müşahidə edilməsidir. Rumıniya Müdafiə Nazirliyinin açıqlamasına görə, NATO komandanlığının iki döyüş təyyarəsi hava məkanında naməlum uçan obyekt göründüyünə görə havaya qaldırılıb. Bildirilir ki, şara bənzəyən uçan obyekt radar sistemi tərəfindən 11 min metr yüksəklikdə müşahidə edilib. Döyüş təyyarələri 30 dəqiqə havada dövrə vursa da naməlum obyekti tapa bilməyiblər. Rumıniyanın xarici işlər naziri Boqdan Auresku mətbuata açıqlamasında deyib:

"Döyüş təyyarələrimiz radarda təsbit edilməsinə baxmayaraq havada heç bir obyekti tapa bilmədi. Bu səbəbdən hava məkanımız üçün heç bir təhlükə yoxdur”.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Kanada səmasında uçan şar müşahidə edilmişdi. Şarların Çinə mxəsus olduğu irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR