Nazirdən həlak olan azərbaycanlı tələbələrlə bağlı paylaşım -

Təhsil naziri Emin Əmrullayev Türkiyədə baş verən zəlzələ zamanı həlak olan dörd tələbənin ailələrinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə o, öz “Twitter” hesabında paylaşım edib.

“Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik”, - deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR