Daha bir azərbaycanlının nəşi Türkiyədən gətirilir -

Türkiyədə baş vermiş zəlzələdə həlak olan Azərbaycan vətəndaşı Lida Qocayevanın nəşi bu gün Vətənə gətiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

"Təyyarə saat 12:50-də Bakı-Ankara reysi ilə yola düşəcək və 16:20-də Bakıya eniş edəcək",- deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR