"Beşiktaş" ulduz hücumçu üçün israr edir -

"Beşiktaş" "Roma"nın təcrübəli futbolçusu El Şaaravini transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” futbolçuun özü və meneceri ilə görüşüb. 30 yaşlı hücumçu “Beşiktaş”a keçməyə etiraz etməsə də, hazırda “Roma”dan ayrılmaq istəmədiyini ifadə edib. O, “Beşiktaş”a "Hal-hazırda getmək barədə düşünmürəm. Mövsümün sonunda görüşək" deyə cavab verib.

Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, bununla belə “Beşiktaş” futbolçunu transfer etmək üçün israr edir. Məlumata görə, Türkiyə təmsilçisi futbolçunu transfer olmağa razı salmaq üçün daha bir görüş tələb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR