Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirib.

Metbuat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb.

İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda Naxçıvan üzrə 500-dən artıq bakalavr iştirak edib.

Qaydalara görə proses zamanı bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, ümumilikdə 100 sual təqdim olunub. Hər bir doğru cavab bir balla qiymətləndirilib, səhv cavablar iştirakçının ümumi nəticəsinə təsir etməyib.

Naxçıvanda imtahanın idarə olunmasına 6 imtahan rəhbəri, 48 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR