Joze Mourinyodan GÖZLƏNİLMƏZ QƏRAR -

"Roma"nın baş məşqçisi Joze Mourinyo PSJ komandasının sükanı arxasına keçə bilər.

Metbuat.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Luis Kampos artıq portuqaliyalı mütəxəssislə əlaqə saxlayıb.

Klub rəhbərliyi PSJ-nin hazırkı baş məşqçisi Kristof Qaltyeyə vəziyyəti düzəltmək üçün mart ayınadək vaxt verib. Fransalı mütəxəssisi komandaya məhz Kampos dəvət edib. Funksioner başa düşür ki, "qara zolaq"dan çıxa bilməsələr, onun da klubdakı gələcəyi təhlükə altına düşəcək. Bu səbəbdən alternativ variantları araşdıran idman direktoru Mourinyonun fikrini öyrənmək üçün onunla əlaqə saxlayıb.

Qeyd edək ki, 60 yaşlı mütəxəssisin "Roma" ilə 2024-cü ilin yayınadək müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR