Zəlzələdə ölənlərin xatirəsinə elan edilən sükut söyüşlə pozuldu:

La Liqanın 22-ci turunda keçirilən "Osasuna"- “Real Madrid” (0-2) oyunu zamanı baş verən xoşagəlməz hadisə etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, oyun başlayarkən stadionda Türkiyə və Suriyadakı zəlzələlərdə həyatını itirlənlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Lakin bu zaman bir qrup “Osasuna” azarkeşi sükutu pozaraq “Real Madrid”in futbolçusu Vinisius Juniorun ünvanına xoşagəlməz sözlər səsləndiriblər. Oyundan sonra “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti deyib:

“Bir dəqiqəlik sükut zamanı baş verənlərdən narahat olmalıyıq. Amma məncə bu çirkinlik Türkiyə və Suriyaya hörmətsizlik oldu”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR