Qərb Kiyevə 700-ə yaxın texnika verəcək -

"Birləşmiş Ştatlar və onun müttəfiqləri Kiyevə 700-ə yaxın tank və minlərlə digər zirehli texnika verməyə söz veriblər".

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Co Bayden Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Amerika lideri bildirib ki, ABŞ Atlantik okeanından Sakit okeana qədər 50-dən çox ştatdan ibarət ölkələrin koalisiyasını yaratmağa nail olub.

“Biz hamımız 700-ə yaxın tank və min zirehli texnika, min artilleriya sistemi, iki milyondan çox artilleriya mərmisi, 50-dən çox təkmil reaktiv yaylım atəşi sistemi və hava hücumundan müdafiə sistemi tədarük etməyi öhdəmizə götürmüşük.

Bayden qeyd edib ki, bu silah tədarükü Ukraynanın müdafiəsini təmin etmək üçün lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR