"Əhməd haradadır?" filmində Ceyran rolunun ifaçısı Nana Paçuaşvilinin yeni fotoları yayılıb.
Metbuat.az xəbər verir ki, Tbilisidə Rustaveli adına Milli Teatrda Gürcüstanın Xalq artistinin 80 illik yubileyi keçirilib.
Eyni zamanda, "Azərbaycanfilm" kinostudiyası da həmin tədbirdə iştirak edib və N. Paçuaşvilini yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.



