Sənət dostları onunla bağlı xatirlərini yazdılar:

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz vəfat edib.

Metbuat.az xəbər verir ki, sənət dostları mərhum Xalq artisti ilə bağlı paylaşımlar ediblər:

Aktyor Elşən Cəbrayılov: "Sonuncu dəfə danışanda söz vermişdin ki, qayıdacağam, Eliş darıxma. Yenə bir yerdə səhnədə olacağıq. Qayıtmadın. Əlvida, sənətkar. Qəlbizimdə yaşayacaqsan".

Aktrisa Sənubər İsgəndərli: "Heyif səndən, heyif. Sənlə bir səhnəni bölüşmək, dost olmaq gözəl idi. Nur içində yat, Ramiz".

Aktrisa, Xalq artisti Firəngiz Müəllimova: "Əziz dost, qardaş, istedadlı tərəf müqabili Ramiz Novruz..Səni itirmək necə ağırdı... Varlığını, şirin zarafatlarını, gülüşünü səsini heç unutmayacağam. Qəlbimdə daim yaşayacaqsan. Ailənə və səni sevənlərə Allah səbir versin. Məkanın cənnət olsun, əziz dost".

Əməkdar artisti Anar Heybətov "Xalq artisti Ramiz Novruz. Özündən sonra gələn nəsilə aktyor sənətini sevdirən sənətkar. Allah sənə rəhmət eləsin. Gənc yaşlarımdan dostluq edirdik, ölüm xəbərini eşitdiyim an ilk dəfə onu yaxından görəndə sevindiyim yadıma düşdü. Ailəsinə, dostlarına və ikinci ailəsi sayılan Akademik Milli Dram Teatrının kollektivinə başsağlığı verib Allahdan səbr diləyirəm. Əgər o dünyada teatr varsa, mütləq görüşəcəyik, Dost".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR